Ucnoqta.az
www.ucnoqta.az

İsmayıllıda iki azyaşlını it dişləyib

16:58 - 22 May 2019 tarixində dərc olunub.

Biri əməliyyat olundu

İsmayıllıda iki azyaşlını it dişləyib. Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, rayonun Xanagah kəndində yaşayan 2014-cü il təvəllüdlü Ələkbərov Əli Rafael oğlu qonşunun itinin hücumuna məruz qalıb. İt uşağın çanaq nahiyyəsini, əl və ayağını dişləyib. Azyaşlı xəstəxanaya çatdırılıb, əməliyyat olunub.

Rayonun Xankəndi kəndində yaşayan 2015-ci il təvəllüdlü Adıgözəlova Aylin Murad qızı isə həyətdə oynayarkən sahibsiz küçə itinin hücumuna məruz qalıb. Uşaq qol və baş nahiyyəsindən xəsarət alıb.

Hər iki uşaq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Müəllif: