Ucnoqta.az
www.ucnoqta.az

<b>Bakıda avtomobil piyadanı vuraraq öldürüb</b>

12:11 - 21 May 2019 tarixində dərc olunub.

Paytaxın Yasamal rayonununda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbut xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, mayın 20-də saat 11 radələrində Yasamal rayonunun İnşaatçılar prospektində Bakı şəhər sakini Zaur Kazımov “Opel” markalı avtomobilli arxaya verərkən 45-50 yaşlı qadını vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: