Ucnoqta.az
www.ucnoqta.az

Şamaxıda maşın aşıb, <font color=red><b>3 yaşlı uşaq ölüb - FOTO</b></font>

21:26 - 19 May 2019 tarixində dərc olunub.

Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, saat 20:00 radələrində Şamaxı-Pirqulu yolu ilə Şamaxı istiqamətində hərəkətdə olan "VAZ-2107" markalı minik maşını idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Nəticədə maşında olan 3 yaşlı uşaq hadisə yerində dünyasını dəyişib, valideynləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dərhal yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.

Müəllif: