Ucnoqta.az
www.ucnoqta.az

İranın Ordu Komandanı: “Düşmən strateji səhv edərsə, çox peşman olacaq”

12:37 - 18 May 2019 tarixində dərc olunub.

“Düşmən strateji səhv edərsə, çox peşman olacaq”. 

Bunu İran İslam Respublikası Ordusunun Komandanı Əbdürrəhim Musəvi deyib. Ə. Musəvi İran ordusunun hazırlıq vəziyyətinin yüksək olduğunu bildirib: “Ordu qüvvələrinin hazırlığı, ayıqlığının qorunması və artırılması qaçılmazdır. Çünki bu amil  düşmənin hədələrinin qarşısını alır”.

O qeyd edib ki, İran Silahlı Qüvvələri son illərdə çox önəmli bacarıqlar əldə edib: “İran xalqı əmin olsun ki,  ordu qüvvələri son damla qanlarına kimi  İran İslam Respublikasının milli mənafeyini və təhlükəsizliyini qoruyacaq. İran ordusu həmişə hazırlıq vəziyyətindədir”./ONA

Müəllif: