Ucnoqta.az
www.ucnoqta.az

Türkiyə ilə sərhəddə <font color=red><b>TERROR:</b></font> Azərbaycanın yanacaq tankeri <font color=red><b>PARTLADILDI - VİDEO</b></font>

11:04 - 17 May 2019 tarixində dərc olunub.

Azərbaycan-Türkiyə sərhəd xəttində yerləşən Dilucu Sərhəd-Keçid Məntəqəsində partlayış baş verib.

Azərbaycan dövlət qeydiyyat nişanlı yanacaq tankeri anidən yanmağa başlayıb. Tankerin yanacaq deposu partlayıb və parçaları ətrafa səpələnib. Nəticədə 1 gömrük işçisi yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Alov qısa müddətdə sürətlə ətrafa yayılıb. Hadisə yerinə çox sayda yanğınsöndürən maşın göndərilib. Bundan sonra alovun söndürülməsinə müvəffəq olunub.
Faktla bağlı istintaq işi açılıb. Araşdırmalar davam edir.

Hadisənin terror aktı olduğu ehtimal edilir./publika.az

Müəllif: