Ucnoqta.az
www.ucnoqta.az

İranda təyyarə təcili eniş etdi - <font color=red><b>141 sərnişinlə</b></font>

20:57 - 14 May 2019 tarixində dərc olunub.

Şiraz şəhərindən Tehran istiqamətində uçan sərnişin təyyarəsi Şiraz aeroportunda təcili eniş edib.

Aeroportun ictimai əlaqələr şöbəsinin rəsmisi Ehsan Ostovarinin sözlərinə görə, Vareş hava yollarına məxsus Boeing 737 sərnişin təyyarəsi texniki nasazlıq yarandığına görə aeroporta geri qayıdıb.

O, təyyarənin göyərtəsindəki 141 sərnişin və ekipaj üzvlərindən xəsarət alanların olmadığını deyib. Sərnişinlər başqa təyyarə ilə Tehrana göndəriləcək./trend

Müəllif: