Ucnoqta.az
www.ucnoqta.az

Momani Kloppa cavab verdi - <font color=red><b>karikatura ilə- FOTO</b></font>

15:27 - 13 May 2019 tarixində dərc olunub.

Məşhur karikatura ustası Omar Momani “Liverpul”un baş məşqçisi Yurgen Kloppun Avropa Liqasının Bakıda keçiriləcək finalı ilə bağlı fikirlərinə reaksiya verib.

Karikaturaçı Kloppun “Bu qərarı verənlər səhər nə yeyirlər?” tərzdə iradına özünəməxsus şəkildə cavab verib. Momaninin karikaturasında “Çelsi” və “Arsenal” komandasının üzvləri səhər yeməyində təsvir edilib.

Klopp da rəsmə əlavə edilib.
“Cənab Klopp, bizə qoşul!
Azərbaycanın səhər yeməyi insanları birləşdirir və hamını xoşbəxt edir. Mütləq dadına baxın”, - deyə O.Momani karikaturanı paylaşaraq yazıb./Oxu.az

Müəllif: