Ucnoqta.az
www.ucnoqta.az

Qaradağda təcili yardım maşını qəzaya uğradı - <font color=red><b>Tibb işçiləri xəsarət alıb- VİDEO</b></font>

15:11 - 13 May 2019 tarixində dərc olunub.

Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində təcili tibbi yardım maşını qəzaya uğrayıb.

Bakıda təcili tibbi yardım avtomobilinin qəzaya düşməsi nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub. Qəza nəticəsində 1963-cü il təvəllüdlü Səhər Haqvediyeva, 1962-ci il təvəllüdlü Xanım Zərbəliyeva və 1995-ci il təvəllüdlü Sibel Məmmədli müxtəlif xəsarətlərlə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

***

Saat 14:00

Paytaxtın Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Ələt qəsəbəsində təcili yardım avtomobili qəzaya düşüb. Qəza nəticəsində avtomobildə olan şəxslər ağır bədən xəsarətləri alıblar. Səhiyyə Nazirliyindən ONA-ya verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan biri kişi, ikisi qadındır. Xəsarət alan şəxslərin vəziyyətləri orta-ağırdır. Hər 3 şəxs Kliniki Tibbi Mərkəzə gətirilib. 

Müəllif: