Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada Ermənistandan gələn avtobus aşıb

14:07 - 12 May 2019 tarixində dərc olunub.

Ermənistandan Rusiyanın Omsk şəhəri istiqamətinə gedən avtobus Stavropol diyarında aşıb.

Nəticədə üç nəfər xəsarət alıb. Qəza bu gün səhər Sovetski şəhər dairəsində Nina yaşayış məntəqəsinin yaxınlığında baş verib.

Məlumata əsasən, Yerevandan gələn "Nissan Elgrand" markalı mikroavtobusda səkkiz nəfər olub, onlardan üçü xəsarət alıb.

Avtobusun bütün sərnişinləri Ermənistan vətəndaşıdırlar. Hadisə yerində fövqəladə hallar xidmətinin nümayəndələri çalışır./trend

Müəllif: