Ucnoqta.az
www.ucnoqta.az

"Çelsi" "Arsenal"la Bakıda qarşılaşacaq

03:27 - 10 May 2019 tarixində dərc olunub.
"Çelsi" futbol klubu UEFA Avropa Liqasının yarımfinal mərhələsi çərçivəsində cavab qarşılaşmasında "Ayntraxt" komandasına qalıb gəlib.

Əsas və əlavə olunmuş vaxt 1:1 hesabı ilə yekunlaşıb, qalib penaltilər seriyasında müəyyənləşib - 4:3.

Qollar: R.Loftus-Çik (28-ci dəqiqə), Luka Yoviç (49-cu dəqiqə).

Beliklə, "Çelsi" finala vəsiqə qazanıb və orada "Arsenal"la qarşılaşacaq.

Qeyd edək ki, Almaniyada keçirilmiş ilk görüş də 1:1 hesabı ilə bitib.
Müəllif: