Ucnoqta.az
www.ucnoqta.az

Çempionlar Liqasında ilk finalçı müəyyənləşib

03:11 - 8 May 2019 tarixində dərc olunub.
Bu gün Çempionlar Liqasında ilk finalçı müəyyənləşib.

Yarımfinalın cavab matçında "Liverpul" "Barselona"nı qəbul edib. "Nou Kamp"dakı görüşdə "Barselona" 3 cavabsız qolla qalib gəldiyindən finala daha yaxın görünsə də, mersisaydlılar evdə 4 cavabsız qol vuraraq, fantastik geridönüş edərək, həlledici oyuna vəsiqə qazanıblar. 

Qeyd edək ki, yarımfinalın digər cavab matçında bu gün "Ayaks" "Tottenhem"i qəbul edəcək.

7 may Çempionlar Liqası Yarımfinalın cavab oyunu

23:00. "Liverpul" (İngiltərə) - "Barselona" (İspaniya) - 4:0

Qollar: Origi, 7 (1:0), Veynaldum, 54 (2:0), 56 (3:0), Origi, 79 (4:0) İlk oyun - 0:3

Qol.az
Müəllif: