Ucnoqta.az
www.ucnoqta.az

Yanan təyyarənin qara qutusu açıldı- <font color=red><b>İlk Məlumatlar</b></font>

21:07 - 7 May 2019 tarixində dərc olunub.

Moskvanın “Şeremetyevo” aeroportunda qəzaya uğramış təyyarənin qara qutularından ilk məlumatlar əldə edilib.

Ucnoqta.az Azərtac-a istinadən xəbər verir ki, havaya qalxandan sonra təyyarə ildırımlı sahəyə düşüb. Pilotlar bu ərazidən yan keçməyə çalışıblar. Lakin generatorda baş verən gərginlik sıçrayışları üzündən təyyarənin sistemi sıradan çıxıb. Bundan sonra ekipaj aeroporta qayıtmaq üçün icazə istəyib.

Eniş zamanı pilotlar naməlum səbəbdən sürəti artıraraq enmə əməliyyatını saatda 240 kilometr əvəzinə saatda 287 kilometr sürətlə yerinə yetiriblər.

Xatırladaq ki, mayın 5-də Moskvadan Murmanska uçan “Aeroflot” şirkətinə məxsus “SSJ-100” təyyarəsi eniş zamanı yanıb. Təyyarədə olan 78 nəfərdən 41-i həlak olub.

Müəllif: