Ucnoqta.az
www.ucnoqta.az

Polad Bülbüloğlu: <font color=red><b>“Səfirlikdə yanğın Rusiya KİV-lərinin dezinformasiyasıdır” (YENİLƏNİB)</b></font>

22:23 - 6 May 2019 tarixində dərc olunub.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu virtualaz.org-a bildirib ki, Rusiya KİV-lərinin diplomatik korpusun binasında yanğınla bağlı yaydıqları xəbər dezinformasiyadır.

“Hazırda biz səfirlikdəyik və burada Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin dəstəyi ilə dərc edilmiş “Mədəniyyətlərin dialoqu və müasir dövrün çağırışları” kitabının təqdimat mərasimi keçirilir. Tədbir çərçivəsində həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunur”, - P.Bülbüloğlu deyib.

***21:51

Rusiya FHN əməkdaşları Moskvanın mərkəzində Azərbaycan səfirliyində baş vermiş yanğınla bağlı məlumatı yoxlayırlar.

Fövqəladə hallardakı mənbənin sözlərinə görə, hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası gəlib. Ucnoqta.az xəbər verir ki, bu barədəTASS-a FHN-dən mənbə bildirib.

Onun sözlərinə görə, Moskvada yerləşən Azərbaycan səfirliyində yanğın olub.

Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası gəlib.

Müəllif: