Ucnoqta.az
www.ucnoqta.az

Biləsuvarda avtomobil aşıb: <font color=red><b>2 nəfər ölüb</b></font>

10:02 - 5 May 2019 tarixində dərc olunub.

Biləsuvarda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

Hadisə yeni Ələt-Astara magistral yolunun 90-cı kilometrliyində Biləsuvar rayonu ərazisində baş verib. "Hyundai" markalı minik avtomobil idarəetməni itirərək aşıb. Qəza nəticəsində 2 nəfər hadisə yerində ölüb. Hər iki meyit Salyandakı morqa gətirilib. Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. Report

Müəllif: