Ucnoqta.az
www.ucnoqta.az

İnsan alverinə görə axtarışda olmuş qadının məhkəməsi başlayıb

15:05 - 3 May 2019 tarixində dərc olunub.

 Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Gülbəniz Quliyevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası mayın 15-nə təyin edilib.

Qeyd edək ki, Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü G.Quliyeva barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2018-ci ildə axtarış elan edilib. Daha sonra o, xaricdən Bakıya gələrkən İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı aeroportunda saxlanılıb./report

 

Müəllif: