Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan-Gürcüstan sərhədində <font color=red><b>BÖYÜK İZDİHAM: sərhəd bağlandı - VİDEO/FOTO</b></font>

22:33 - 2 May 2019 tarixində dərc olunub.

Azərbaycanın Gürcüstanla sərhədində yerləşən "Sınıq Körpü" sərhəd keçid məntəqəsində problem yaranıb.

3 saatdan çoxdur sərhəd keçid məntəqəsinin fəaliyyəti dayanıb. Yüzlərlə şəxs Gürcüstandan Azərbaycana keçə bilmir. Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, məhdudiyyətin yaranmasına Gürcüstanın sərhədkeçmə proseslərini tənzimləyən müvafiq idarəetmə sistemində baş verən nasazlıq səbəb olub.

Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumları qarşı tərəflə danışıqlar aparıb və hazırda sistemdə baş verən nasazlığın aradan qaldırılması üçün tədbirlər görüldüyü, problemin tezliklə həllini tapacağı bildirilib./BAKU.WS

Müəllif: