Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 16 yaşlı məktəbli küçədə bıçaqlandı

21:09 - 2 May 2019 tarixində dərc olunub.

Bakıda orta məktəb şagirdi bıçaqlanıb.

 

Trend-in məlumatına görə, hadisə Suraxanı rayonunun Zığ qəsəbəsində baş verib.Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Süleymanov Rəhim İlham oğlu mayın 1-də qəsəbə ərazisindəki "Oba" marketin qarşısında naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.Bıçaqlanan azyaşlının vəziyyəti ağır olduğundan onun dindirilməsi mümkün olmayıb.Faktla bağlı Suraxanı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.Hadisənin kim tərəfindən və hansı şəraitdə bıçaqlanması ilə bağlı araşdırma aparılır.

Müəllif: