Ucnoqta.az
www.ucnoqta.az

<b>Dənizdə iki nəfərin ölüm oyunu<font color=red> - VİDEO</font></b>

14:18 - 2 May 2019 tarixində dərc olunub.

Türkiyədə iki nəfərin ölüm oyunu mobil telefonla qeydə alınıb.

Hadisə Antaliyanın dünyaca məhşur Konyaaltı sahilində baş verib.

Görüntülərdə, sahildən təxminə 15 metr uzaqlıqda olan qayalıqda iki nəfərdən biri digərinin qandal taxtığı görülür.

Əlindən və ayağından qandalanan şəxs, 2 metr yüksəklikdən suya tullanır.

Mərc və ya zarafat olduğu zənn edilən hadisədə dənizə atılan, lakin nə əllərini nə də ki, ayaqlarını hərəkət etdirə bilən şəxs, adətən sahilə çapalaya-çapalaya üzməyə çalışıb.

Bu vəziyyətdə isə dostu onu üzərək müşayiət edib.

Sahilə çatan şəxs, digər dostlarının köməkliyi ilə qumun üzərinə çəkilərək qandalardan azad edilib.

Ucnoqta.az İHA-ya istinadən həmin kadrları təqdim edir:

 

Namiq

Müəllif: