Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın -<font color=red><b> Sakinlər təxliyə edildi</b></font>

09:08 - 2 May 2019 tarixində dərc olunub.

Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, binanın 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 8 ədəd elektrik sayğacı, qoruyucu açar və 6 p.m elektrik kabeli yanıb.
Yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb./trend

 

Müəllif: