Ucnoqta.az
www.ucnoqta.az

Keçmiş birinci xanım aparıcılığa başladı

08:56 - 2 May 2019 tarixində dərc olunub.

Gürcüstanın keçmiş birinci xanımı Maka Çiçua “Mesame” kanalında aparıcılığa başlayıb.

Dördüncü prezident Georgi Marqvelaşvilinin xanımı hələ ötən ilin dekabrında ailəsində maliyyə problemlərinin olduğunu bildirmişdi.
Çiçua qeyd edib ki, həyat yoldaşının prezidentliyi dövründə aldığı maaş ailəsinin ehtiyaclarını ödəməyib və hazırda onların heç bir vəsaiti yoxdur.

Qeyd edək ki, Maka Çiçua keçmiş prezidentin ikinci həyat yoldaşıdır. Bu nikahdan onların Teymuraz və Toma adlı iki oğlu var./qafqazinfo

Müəllif: