Ucnoqta.az
www.ucnoqta.az

MSK Zelenskini prezident seçkilərinin qalibi elan etdi- <font color=red><b>Rəsmi</b></font>

16:37 - 30 Aprel 2019 tarixində dərc olunub.

Ukraynanın Mərkəzi Seçki Komissiyası rəsmi olaraq Vladimir Zelenskini prezident seçkilərinin qalibi elan edib.

Bu haqda “RİA Novosti” məlumat yayıb.

“Aprelin 21-də keçirilmiş təkrar səsvermənin yekun nəticələrinə görə, Vladimir Zelenski Ukrayna prezidenti seçilib”, - bu haqda Mərkəzi Seçki Komissiyasının sədri Tatyana Slipaçuk çərşənbə axşamı keçirilən iclasda bildirib. 

Yekun nəticələrə əsasən, Zelenski ikinci turda 73,22 faiz, Pyotr Poroşenko isə 24,45 faiz səs toplayıb./oxu.az

Müəllif: