Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Sərxoş sürücü avtomobili aşırdı: </font>1 nəfər öldü<font color=red> - Neftçalada</font></b>

13:34 - 29 Aprel 2019 tarixində dərc olunub.

Neftçala rayonunda sərxoş sürücü ölümlə nəticələnən yol qəzası törədib. Ucnoqta.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun 1-ci Mayak kəndində baş verib.

Rayon sakini, 1971-ci il təvəllüdlü Xanməmmədov Elmar Vaqif oğlu kənd ərazisində sərxoş vəziyyətdə "Mercedes Benz" markalı avtomobili idarə edərkən 1-ci Mayak kəndi ərazisində Xəzər dənizi sahilində idarəetməni itirərək aşırıb.

Hadisə nəticəsində avtomobildə olan, 1971-ci il təvəllüdlü 1-ci Mayak kənd sakini Ələkbərov Vüqar Əliabbas oğlu hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Müəllif: