Ucnoqta.az
www.ucnoqta.az

<b>Avtobus qəzasında ölən futbolçunun xatirəsi yad olunacaq</b>

12:38 - 29 Aprel 2019 tarixində dərc olunub.

Avtomobil qəzasında dünyasını dəyişən "Alanyaspor" komandasının futbolçusu Yosef Şuralın xatirəsi Türkiyə Super Liqasının oyunlarında yad olunacaq.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, çexiyalı hücumçunun ölümü ilə əlaqədar XXX turun bugünkü oyunlarında və növbəti turun bütün qarşılaşmalarında 1 dəqiqəlik sükut elan ediləcək.

Qeyd edək ki, "Alanyaspor"un avtobusu "Kayserispor"la XXX tur qarşılaşmasından qayıdarkən aşıb. Nəticədə Yosef Şural ciddi xəsarət alıb və xəstəxanada dünyasını dəyişib. Daha 6 futbolçu isə xəsarət alıb.

Müəllif: