Ucnoqta.az
www.ucnoqta.az

Şri-Lankada üzü örtən geyimlər qadağan olunub

07:26 - 29 Aprel 2019 tarixində dərc olunub.
Şri-Lanka prezidenti Maytripala Sirisena insanın üzdən şəxsiyyətini müəyyən etməyə maneəçilik törədən istənilən geyim növündən istifadəni qadağan edən sərəncam imzalayıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "News 1st" portalı yazıb. Bildirilir ki, qadağa aprelin 29-dan qüvvəyə minəcək. Bu addım ötən həftə silsilə terror aktları yaşanan ölkədə vəziyyətin sabitləşdirilməsi məqsədi ilə atılıb.
Müəllif: