Ucnoqta.az
www.ucnoqta.az

Yaşlı kişi oğlunun gözü qarşısında çayda boğulub- <font color=red><b>Azərbaycanda</b></font>

22:04 - 28 Aprel 2019 tarixində dərc olunub.

Lənkəran rayonunun Boladi kəndində çayda boğulma hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, 1958-ci il təvəllüdlü Miriyev Abdulla Qurban oğlu çayda balıq tutarkən ehtiyatsızlıqdan suya yıxılıb.

Kişinin hadisədən xəbər tutan oğlu onu xilas etmək istəsə də, bu, mümkün olmayıb. Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Müəllif: