Ucnoqta.az
www.ucnoqta.az

<b>“EasyJet” şirkətinə məxsus təyyarə təcili eniş edib</b>

08:08 - 28 Aprel 2019 tarixində dərc olunub.

“EasyJet” şirkətinə məxsus təyyarə Mançester hava limanına təcili eniş edib.

Ucnoqta.az “RenTv”yə istinadən xəbər verir ki, bu barədə “AirLive” potralı öz “Twitter” səhifəsində məlumat yayıb. Hava gəmisi Palıma-de-Mayorka-Nyukasl reysi həyata keçirirmiş.

Təcili enişə səbəb isə sərnişinlərdən birinin özünü pis hiss etməsi olub.

 

Namiq

Müəllif: