Ucnoqta.az
www.ucnoqta.az

Bakıda avtobus qəzasında 10 nəfər xəstəxanaya yerləşdirilib, <font color=red><b>6-sı reanimasiyadadır </b></font>

22:25 - 27 Aprel 2019 tarixində dərc olunub.

Bakıda 171 saylı xətt marşrutu üzrə hərəkət edən marşrut avtobusunun qəzaya uğraması nəticəsində xəstəxanaya yerləşdirilən yaralılardan 17 nəfər evə buraxılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında 3 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalov məlumat verib. Baş həkim bildirib ki, hadisə nəticəsində 27 nəfər xəstəxanaya müraciət edib: "Onlardan 3 nəfər uşaq, 24 nəfər isə böyükdür.

Müraciət edənlərdən 17 nəfərə ilkin tibbi yardım göstəriləndən sonra ambulator müayinəyə buraxılıb. Hazırda 10 nəfər xəstəxanaya qəbul olunub. Onlardan 6 nəfərin vəziyyəti ağır olduğundan reanimasiya, 4 nəfər isə travma şöbələrinə yerləşdirilib.

Xatırladaq ki, bu gün axşam saatlarında Bilgəh qəsəbəsindən "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən 10-TG-909 Dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusu ilə kommunal xidmət avtomobili ilə toqquşub.

Müəllif: