Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>“Airbus H130” helikopteri gölə düşdü:</font> 3 ölü, 3 yaralı<font color=red> - FOTO</font></b>

14:39 - 26 Aprel 2019 tarixində dərc olunub.

Filipində “Airbus H130” helikopteri qəzaya uğrayıb. Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə aprelin 25-i yerli saatla 12:47-də Bulacan vilayətinin Masolos şəhrində qeydə alınıb.

Bildirilir ki, içində 6 nəfərin olduğu “Airbus H130” helikopteri gölə düşüb. Nəticədə pilot və 2 sərnişin ölüb, daha 3 sərnişin isə xəstəxanaya yerləşdiriliblər.

Mülki Aviasiya İdarəsindən verilən məlumata görə, hadisə hansı səbədən baş verdiyi məlum deyil.

Araşdırmalar davam etdirilir.

 

Namiq

Müəllif: