Ucnoqta.az
www.ucnoqta.az

Göygöldə 16 yaşlı qız bədbəxt hadisə nəticəsində öldü

23:14 - 25 Aprel 2019 tarixində dərc olunub.

Göygöl sakini bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə ötən gün Göygöl rayonu Murovdağ qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Aysu Əli qızı Məmmədova yıxılaraq başı daşa dəyib.

Təcilli xəstəxanaya çatdırılan yeniyetmənin beyninə qan sızdığı məlum olub. A.Məmmədova bu gün xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır./publika.az

Müəllif: