Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>“Atlas-5”in işlənilmiş ikinci pilləsində partlayış baş verib</b></font>

11:05 - 25 Aprel 2019 tarixində dərc olunub.

ABŞ-ın orbitə olan “Atlas-5” raketinin işlənilmiş ikinci pilləsində partlayış baş verib.

Ucnoqta.az RenTv-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Hərbi Hava Qüvvələrinin (HHQ) Kosmik Məkanın 18-ci eskadrilyası nəzarətindən məlumat verilib.

Raket orbitə 2018-ci ilin oktyabrında “AEHF-4” rabitə peyki ilə çıxıb.

Məlumatda bildirilir ki, qəzadan sonra onun 14 parçalanmış qalığı qalıb.

Amerikalı hərbiçiləri, qalıqların təhlükəli olub-olmadığı barədə açıqlama verməyiblər.

Yalnız məlumdur ki, partlayış hər hansı kosmik aparatla toqquşması nəticəsində baş verməyib.

Qeyd edək ki, 1961-ci ildən indiyə kimi orbitdə 250 dağılmış kosmik obyektlər var.

 

Namiq

Müəllif: