Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda qətl: <font color=red><b>fəhlə işlədiyi yerdə bıçaqlanıb</b></font>

22:11 - 24 Aprel 2019 tarixində dərc olunub.

Sumqayıtda qətl hadisəsi törədilib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şüşə qab istehsal edən zavodlardan birində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Məmmədov Murad Mehdi oğlu zavodda iş yoldaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisənin hansı səbəbdən törədildiyi hələ ki, məlum deyil

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Müəllif: