Ucnoqta.az
www.ucnoqta.az

<b>Avtobus piyadaların arasına girdi:<font color=red> 1 ölü, 7 yaralı</font></b>

12:12 - 21 Aprel 2019 tarixində dərc olunub.

Yaponiyada avtobus piyadaları vurub. Ucnoqta.az xəbər verir ki, hadisə Kobe şəhərinin San-no-Miya stansiyası yaxınlığında baş verib.

İnsident nəticəsində 1 nəfər ölüb, 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarət alıb, bu barədə NHK telekanalı məlumat yayıb.

64 yaşlı sürücü hadisə yerində həbs olunub.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

 

Namiq

Müəllif: