Ucnoqta.az
www.ucnoqta.az

<b>Bakıda sərnişin avtobusu avtomobillə toqquşdu:<font color=red> 5 yaralı</font></b>

09:59 - 21 Aprel 2019 tarixində dərc olunub.

Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar - Tağıyev Ayaz (35 yaş), Alıyev Rizvan (51), Məmmədov Xəyyam (38), Səfərov Bəxtiyar (38) və Məmmədov Eldəniz (49) müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Yaralıların hansı nəqliyyat vasitəsində olduğu məlum deyil. ("Report")

Müəllif: