Ucnoqta.az
www.ucnoqta.az

Yunanıstan Almaniyadan təzminat tələb edir -<font color=red><b> 300 milyard avro</b></font>

21:47 - 19 Aprel 2019 tarixində dərc olunub.

Yunanıstan baş naziri Alksis Çipras 2-ci dünya müharibəsində Yunanıstanı işğal zamanı dəymiş ziyana görə Almaniyadan 300 milyard dollar təzminat tələb edib.

“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, o, bunu tələb etməyin Yunanıstanın tarixi və əxlaqi borcu olduğunu deyib.

Çipras məsələ ilə bağlı rəsmi Berlinə nota veriləcəyini də vurğulayıb.

Almaniya hökuməti isə təzminat ödənilməsi lazım olan ölkələrə 1650-ci illərdə bütün ödənişlərin edildiyini bildirib. Hətta bununla bağlı Yunanıstanla müqavilə imzalandığı da qeyd edilib.

Müəllif: