Ucnoqta.az
www.ucnoqta.az

<b>Bakı bulvarında gənc qız özünü dənizə atıb</b>

06:34 - 18 Aprel 2019 tarixində dərc olunub.

Bakının Dənizkənarı Milli Parkı ərazisində intihara cəhd hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Ağamalıyeva Mənsurə Mehman qızı özünü dənizə atıb. Sakinlərin köməkliyi ilə dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan qıza təcili tibbi yardım göstərilib. Hazırda zərərçəkmişin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Şahidlərin sözlərinə görə, gənc qız şəxsi münasibətlər zəminində intihar edib. ("Report")

Müəllif: