Ucnoqta.az
www.ucnoqta.az

<b>"Google" xidmətlərinin işində problem yaranıb</b>

06:32 - 18 Aprel 2019 tarixində dərc olunub.

Çərşənbə günü bir sıra ölkələrdə "Google" və "Gmail"dən istifadədə problemlər yaranıb. Bu barədə məlumat məşhur internet resurslarının işini izləyən "Downdetector" xidmətinin səhifəsindən əldə olunub. Məlumata görə, xidmətlərdə problemlər ABŞ-ın Şərq sahili vaxtı ilə təqribən 17:30-da başlayıb.

ABŞ sakinləri digər yerlərə nisbətdə daha tez-tez şikayətlənirlər, problemlər Avropadan olan istifadəçilərdə də müşahidə olunur. ("Report")

Müəllif: