Ucnoqta.az
www.ucnoqta.az

Havaya qalxmağa hazırlaşan təyyarənin mühərriki alovlandı - <font color=red><b>Video</b></font>

00:03 - 18 Aprel 2019 tarixində dərc olunub.

Moskvanın Vnukovo hava limanında sərnişinlər təyyarənin yandığını görüb havaya qalxmasına etiraz ediblər.

Ucnoqta.az Rusiya KİV-ə istinadən xəbər verir ki, sərnişinlər havaya qalxmağa hazırlaşan təyyarənin mühərrikinin alovlandığını görüblər. Təyyarə Moskvadan Mahaçqalaya reys həyata keçirəcəkdi. Belə ki, sərnişinlərdən bir neçəsi mühərrikin yandığını görüb qışıqırıblar. Uçuş dayandırılıb, təyyarə dayanacağa qaytarılıb.


Hadisənin səbəbi araşdırılır.

Müəllif: