Ucnoqta.az
www.ucnoqta.az

Bakıda çanta və pulqabı oğurlayan qadınlar tutulub

16:38 - 17 Aprel 2019 tarixində dərc olunub.

 Bakıda çanta və pulqabı oğurlayan qadınlar tutulub

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində xətt avtobusunda bir qadının çantasından içərisində 900 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən N.Ağammədova saxlanılıb.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini S.Hacıyevanın içərisində 100 manat, 80 avro və 100 funt sterlinq pul olan çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini K.Ələkbərova saxlanılıb.

Müəllif: