Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda ana 10 aylıq uşağını boğub öldürdü

12:00 - 16 Aprel 2019 tarixində dərc olunub.

Ağdamda ana qızını qətlə yetirib.

Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, rayonun Qərvənd kəndində məskunlaşan 1992-ci il təvəllüdlü İsmayılova Günel Şahsevər qızı ailə münaqişəsi zəminində on aylıq körpə qızını boğaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. G.İsmayılova saxlanılaraq Polis Şöbəsinə aparılıb. Hadisənin təfərruatları araşdırılır.

Müəllif: