Ucnoqta.az
www.ucnoqta.az

Bakıda iki avtomobil toqquşdu- <font color=red><b>ölən var</b></font>

16:30 - 15 Aprel 2019 tarixində dərc olunub.

Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 14-də saat 15 radələrində qəsəbə ərazisində Bakı şəhər sakinləri Nazim Fərəcovun idarə etdiyi “VAZ-2107” və Mövləddin Qurbanməhəmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə N.Fərəcov hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: