Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan, Ermənistan, Rusiya XİN başçıları ilə həmsədrlərin görüşü başa çatıb- <font color=red><b>Foto</b></font>

14:19 - 15 Aprel 2019 tarixində dərc olunub.

Azərbaycan, Ermənistan, Rusiya XİN başçıları ilə Minsk qrupu həmsədrlərinin Moskva görüşü başa çatıb.

 Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşlə bağlı birgə bəyanat yayacağı gözlənilir.

*** 14:05

Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN başçıları Elmar Məmmədyarov, Zöhrab Mnatsakanian və Sergey Lavrov ilə ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefano Viskonti (Fransa), Andrü Şafer (ABŞ) arasında görüş keçirilir.

ATƏT-in fəaliyyətdəki sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri müzakirə olunur./report

Müəllif: