Ucnoqta.az
www.ucnoqta.az

Nepalda təyyarə helikopterlərlə toqquşub, <font color=red><b>ölənlər və yaralananlar var</b></font>

12:09 - 14 Aprel 2019 tarixində dərc olunub.

Nepalın Lukla şəhərinin hava limanında yüngülmühərrikli təyyarə iki helikopterlə toqquşub.

Uçuşa hazırlaşan yüngülmühərrikli təyyarənin pilotu idarəetməni itirib və uçuş-eniş zolağının kənarında duran iki helikopterə çırpılıb.
Qeyd edilir ki, insident nəticəsində təyyarənin pilotlarından biri və helikopterlərin yaxınlığında olan texniki inspektor həlak olublar, 3 nəfər isə xəsarət alıb.

Təyyarədə sərnişinlərin olmadığı bildirilir./trend

Müəllif: