Ucnoqta.az
www.ucnoqta.az

İsmayıllıda “BMW” aşdı - <font color=red><b>sürücü və sərnişini öldü</b></font>

11:25 - 14 Aprel 2019 tarixində dərc olunub.

İsmayıllıda ağır yol qəzası baş verib.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, rayonun Lahıc qəsəbəsində “BMW” markalı minik avtomobili yol kənarına aşıb.
hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü və 1 nəfər sərnişinin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini, yaralı vəziyyətdə olan digər sərnişini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb. 

Müəllif: