Ucnoqta.az
www.ucnoqta.az

Bakıda bu marşrutların hərəkət istiqaməti dəyişib

20:13 - 12 Aprel 2019 tarixində dərc olunub.

Xurşidbanu Natəvan küçəsində təmir işləri ilə əlaqədar 67, 83, 91, 92, 117 nömrəli müntəzəm xətləri üzrə avtobusların hərəkət istiqamətində müvəqqəti dəyişiklik ediləcək.

Bakı Nəqliyyat Agentliyindən Ucnoqta.az-a verilən məlumata görə, təmir işləri bitənədək qeyd olunan müntəzəm xətləri üzrə avtobusların hərəkət sxemi Biləcəri qəsəbəsi istiqamətində Rəşid İsmayılov – Yəhya Hüseynov küçələrindən keçməklə, əks istiqamətdə (şəhər istiqamətində) isə Yəhya Hüseynov küçəsi – Bakı – Sumqayıt şosesi – “Ekologiya” postu adlanan ərazidən geriyə dönməklə təşkil ediləcək. 

Müəllif: