Ucnoqta.az
www.ucnoqta.az

<b>Şabranda 3 uşaq anası intihar edib</b>

15:45 - 12 Aprel 2019 tarixində dərc olunub.

Şabran rayonunda intihar hadisəsi baş verib. Ucnoqta.az-ın ONA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Xırdaoymaq kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Əliyeva Pəri Nəbi qızı özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Xatırladaq ki, P.Əliyeva 3 uşaq anası olub.

Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: