Ucnoqta.az
www.ucnoqta.az

Bakıda üçmərtəbəli bina <font color=red><b>Yanır</b></font>

23:52 - 10 Aprel 2019 tarixində dərc olunub.

Bakının Nəsimi rayonu ərazisində, Füzuli və Topçubaşov küçələrinin kəsişməsində, “Günaybank”ın arxasında 3 mərtəbəli bina yanır.

Yanğından zərərçəkənlər var. Ucnoqta.az xəbər verir ki, faktı virtualaz.org-a Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib. P.Abubəkirov bildirib ki, təcili yardım briqadaları hadisə yerindədir. 57 yaşlı qadın başın 2-ci dərəcəli yanığı diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb.

16 yaşlı oğlan isə zəhərlənmə diaqnozu ilə həmin xəstəxananın toksikologiya şöbəsinə yerləşdirilib.

Müəllif: