Ucnoqta.az
www.ucnoqta.az

Şəmkirdə yol qəzası olub: <font color=red><b>azyaşlı ölüb</b></font>

13:37 - 9 Aprel 2019 tarixində dərc olunub.

Şəmkir rayonu ərazisində “VAZ-2106” və “Ford Transit” markalı yük avtomobilləri toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, aprelin 8-də saat 20 radələrində Şəmkir rayonunun Könüllü kəndi ərazisində kənd sakini A.Mehdiyevin idarə etdiyi “VAZ-2106” və Tovuz rayon sakini A.Həsənovun idarə etdiyi “Ford Transit” markalı yük avtomobilləri toqquşub. Nəticədə A.Mehdiyevin sərnişinlərindən azyaşlı oğlu Bakir hadisə yerində ölüb, sürücünün özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif: