Ucnoqta.az
www.ucnoqta.az

Dustaqlar arasında baş vermiş hadisə ilə bağlı <font color=red><b>Rəsmi Açıqlama</b></font>

11:31 - 5 Aprel 2019 tarixində dərc olunub.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 2 saylı cəzaçəkmə müəssisəsində baş vermiş hadisə ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov  bildirib ki, hadisə mart ayının əvvəlində baş verib: "2 saylı cəzaçəkmə müəssisəsində 6 nəfər yox, 3 nəfər məhkum arasında münaqişə baş verib. Həmin şəxslər müəssisə rəhbərinin qərarı ilə cərimə təcridxanasına keçirilib.

Hadisə nəticəsində xəsarət alanların olması və xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlar yalandır".

Müəllif: