Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə avtomobil piyadanı vurub

10:28 - 3 Aprel 2019 tarixində dərc olunub.

Gəncə şəhərində 35 yaşlı piyadanı avtomobil vurub.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən, 1984-cü il təvəllüdlü Elgün Tağıyevi "Volkswagen-Passat" markalı avtomobil vurub. Piyada xəsarət alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: