Ucnoqta.az
www.ucnoqta.az

Biləsuvarda yol qəzası olub: <font color=red><b>bir ailənin üç üzvü xəsarət alıb</b></font>

20:58 - 31 Mart 2019 tarixində dərc olunub.

Biləsuvarda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobilin digər avtomobilə çırpılması nəticəsində bir ailənin 3 üzvü: Bakı sakinləri - 2014-cü il təvəllüdlü Musayev Uğur İlyas oğlu, 2001-ci il təvəllüdlü Musayeva Tağmur İlyas qızı və 1968-ci il təvəllüdlü Ağayeva Sevda Bəxtiyar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Müəllif: